Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə görüş keçirib. Bu haqda 16 aprel tarixində Qaradağ RİH məlumat verib.
Rayon icra başçısı Süleyman Mikayılov Sahil qəsəbəsində sakinləri qəbul edib. Sakinlərin müraciətlərinə baxılıb və qaldırılan bir sıra məsələlər nəzarətə götürülüb, bəzi müraciətlər isə yerindəcə həll edilib.
Görüşdə hüquq mühafizə orqanları, RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanları, yerli idarələri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Başçı məsul şəxslərə müvafiq tapşırıqlar verib.
[caption id="attachment_40832" align="alignnone" width="800"]
Foto Qaradağ rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]