Bakının Qaradağ rayonunda bu gün, avqusutun 2-də saat 11:00-dan qaz təchizatında fasilə yaranacaq. Bu haqda Bakuplus.az “Azəriqaz”a istinadən məlumat verir.
Məhdudiyyət sınaq işləri ilə əlaqədardır.
Görülən işlər zamanı Korgöz, Şonqar, AZNS, Qızıldaş qəsəbələrində 2900 istehlakçının qaz təchizatı dayandırılacaq.