Suraxanı rayonu, Bülbülə qəsəbəsində mübahisə zamanı qayınanasını və qaynını söyən şəxs saxlanılıb. Bu haqda bu gün, 18 iyun tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Sərxoş vəziyyətdə olan 37 yaşlı Z.Əkbərov həyat yoldaşı ilə yaranmış mübahisə zamanı qayınanasını və qaynını söyüb. Hadisə yaşadığı evin həyətində baş verib, mübahisə qonşular və yoldan keçənlər tərəfindən eşidilib.
Əraziyə polis əməkdaşları gəliblər, kişi polis bölməsinə aparılıb. Onun barəsində “Xırda xuliqanlıq” maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Məhkəmədə Əkbərov sərxoş vəziyyətdə olduğunu, əməlindən peşmanlığını bildirib. Hakimin qərarı ilə onun barəsində 10 sutka həbs qətimkan tədbiri seçilib.