“Qobu Park-3” yaşayış massivində binalar əyilib. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az İTV-yə istinadən xəbər verir.
Bildirilir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən binaların bünövrəsi zəif olduğundan əyilməyə başlayıb. Bu səbəbdən ərazidə quyu qazılıb və bərkitmə işləri görülür. Lakin bəzi insanlar işlər aparılan zaman təhlükəsizlik qaydalarına riayət etmirlər.
“Təhlükəsizlik lentlərindən istifadə edirik, ancaq bəzi insanlar lenti qoparıb işə maneçilik törədirlər”, – deyə işçi bildirib.
Bərkitmə işlərinin massiv boyunca bütün binalarda aparılacağı bildirilir.