"Red Bull Neymar Jr's Five" 7 futbol turnirinə seçim mərhələsinə qeydiyyat 22-29 avqust tarixlərində Bakıda keçiriləcək.
Seçim Mərhələsi: 29 avqust - 2 gün
4 sentyabr - 3 gün
5 sentyabr - 4 gün davam edəcək.
Builki turnirdə 18-35 yaş arası 5 oyunçudan ibarət komandalar iştirak edə bilər. Hər matç 10 dəqiqədən ibarət olacaq. Qapıçı yoxdur və bir komanda qol vurduqda, rəqib komanda bir oyunçusunu itirəcək. Dünya finalına bilet qazanmaq üçün isə hamını üstələmək lazım olacaq.
Beləliklə, qaliblər dünya finalında Neymar Jr və dostları ilə qarşı-qarşıya gəlmək şansını qazanır.