Məşhur repçi PRoMete Bakıda konsert verəcək. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Rep ifaçısı 6 il sonra ilk dəfə solo konsertlə öz dinləyicilərinin qarşısına çıxacaq.
Tədbir 11 mart saat 19:00-da “Baku Events Hall”da keçiriləcək. Biletləri iticket.az saytından almaq mümkündür. Qiymətlər 25-250 AZN arası dəyişir.