25 sentyabr tarixində İçərişəhərdə iməcilik keçirilib. Bu barədə «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmi Facebook səhifəsində məlumat verilib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən iməclikdə İçərişəhərin binaları, abidələri və divarların üzərindəki cızıqlar təmizlənib. Həmçinin ərazidə başqa xoşagəlməz əməllərin nəticələri aradan qaldırılıb.
İməclikdə İdarənin əməkdaşları və könüllülər iştirak edib.