28 may - Müstəqillik Günü münasibətilə İçərişəhər və Qalanın sakinləri iməcilik keçiriblər. Bu haqda 28 may tarixində Bakuplus.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmi İnstagram səhifəsinə istinadən xəbər verir.
Sakinlər İdarə əməkdaşları ilə birlikdə abadlaşdırma işləri aparıblar, güllər əkiblər, ərazini tullantılardan təmizləyiblər.
İməcilikdə sakinlərlə yanaşı, “İçərişəhər” DTMQ İdarəsinin Mənzil-kommunal və Təmir Xidmətinin əməkdaşları da iştirak ediblər.
[URIS id=46299]