İçərişəhərdə yerləşən “Nur Art House” qalereyasında ötən gün “Avropanın rəngləri” sərgisi açılıb. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az məlumat verir.
Tədbir “FantazEU 2023” festivalı çərçivəsində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin “Gənc Avropa səfirləri” ilə birgə təşkilatlığı ilə keçirilir.
Sərgidə Ağsu, Bakı, Gəncə, Zaqatala və Şəki bölgələrindən olan qadın rəssam və fotoqrafların əsərləri nümayiş olunur.
Açılışda Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko, həmçinin Aİ ölkələrinin diplomatik missiyalarının nümayəndələri də iştirak ediblər.
İşlərin təqdimatı dekabrın 23-nə kimi davam edəcək. Əsərlərlə saat 12:00-dan 18:00-dək İçərişəhərdəki “Medina Gallery”də tanış olmaq mümkündür. Giriş sərbəstdir.