Bakının Səbail rayonunda mövsümi işləri davam etdirilir. Bu haqda bu gün, 16 aprel tarixində Bakuplus.az məlumat verir.
Niyazi küçəsində yerləşən binaların eyvanlarında gül dibçəkləri quraşdırılır. İşlər Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən görülür.
Daha öncə, Azneft dairəsinin yaxınlığında irigövdəli ağaclar budanmışdır. Piyadalar və elektrik naqilləri üçün təhlükə yaradan köhnə, çürümüş ağaclar kəsilmişdir. Onların yerində yeni ağaclar əkilmişdir.
Həmçinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, Neftçilər prospektində yeni qazonun salınması işləri aparılır.
[URIS id=40898]