Bakının 2 rayonunda qaz kəsilib. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Rayonun Bayıl qəsəbəsi, Elşən İsmayılov küçəsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv olunması, Xətai rayonunun R.Əsgərov küçəsi, 39 və S. Mehmandarov küçəsi, 94A ünvanlarında qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar bu gün gün ərzində qaz təchizatı dayandırılacaq.
Məhdudiyyət Bayıl qəsəbəsini və Xətai rayonunun R.Əsgərov, S. Mehmandarov, Ə.Şıxlinski küçələrini əhatə edəcək.