Paytaxtın Sabunçu rayonunda sakinlərlə İcra Hakimiyyəti arasında görüş keçirilib. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
148 saylı tam orta məktəbin akt zalında keçirilən görüşdə RİH başçısı, onun müavinləri, aparatın şöbə müdirləri, RİH başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Sabunçu bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak ediblər.
Tədbirdə sakinlərin şikayət və təklifləri dinlənilib. Onları narahat edən mövzular müzakirə edilib. Daha sonra yerində müvafiq orqanlara tapşırıqlar verilib.