Sabunçu rayonunda qazın verilişi dayandırılıb.
Bakuplus.az Azəriqaz-a istinadən xəbər verir ki, Sabunçu rayonu, Kürdəxanı və Maştağa Ləhic bağları ərazisində, həmçinin Bakıxanov qəsəbəsində təmir-bərpa işləri aparılacaq.
Bu səbəbdən Kürdəxanı və Maştağa Ləhic bağları ərazisində, Bakıxanov qəsəbəsində, Sülh, Eldar Xəlilov, Mehmandarov, Fətəliyev küçələrində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranıb.