top
Sədr “Kontakt Home” haqqında: “Pulunu verdin mənə, itil cəhənnəmə” -  ŞİKAYƏT
03 dekabr 2024, 09:00
- ↺ +

Sədr “Kontakt Home” haqqında: “Pulunu verdin mənə, itil cəhənnəmə” -  ŞİKAYƏT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı sakini “Kontakt Home” mağazalar şəbəkəsi tərəfindən aldadıldığını iddia edir.

Məsələ ilə bağlı şikayətçi Bakuplus.az redaksiyasına müraciət edib.

Şikayətçinin sözlərinə görə, “Kontakt Home” mağazası “Qara cümə” endirimləri adı ilə onu aldadıb:

“Kontakt”ın rəsmi səhifəsində endirimləri görüb mağazanın "28 may" filialına yaxınlaşdım. Satıcı səhifədə göstərildiyi kimi bildirdi ki, “Samsung Galaxy S24 Ultra” telefonu aldıqda üzərində hədiyyə olaraq planşet verilir. Mən də bundan sonra telefonu almağa razılaşdım. Onsuz da sırf bu kampaniya üçün müraciət etmişdim. Ancaq telefonu aldıqdan sonra bildirdi ki, hazırda planşet qalmayıb. Bir neçə gün ərzində yenidən stoka gələcək və hədiyyənizi verəcəyik. Mən də razılaşdım. İki nömrə istədilər və adımı qeyd etdilər”.

Müştəri bildirib ki, üstündən bir neçə gün keçsə də, ona planşetlə bağlı heç bir məlumat verilməyib və bundan sonra mağazaya yaxınlaşıb. Bu zaman isə mağaza əməkdaşları sözügedən kampaniyanın bitdiyini və artıq planşetin gəlmədiyini deyib.

“Telefon aldığım satıcı mənə bildirdi ki, satış keçirilən günün axşamı artıq kampaniyaya son qoyulub. Qeyd etdim ki, həmin vaxt siz mənə veriləcəyini demişdiniz və kampaniya bitməmişdi. Hətta buna görə telefonu almağa razılaşmışdım. Niyə məni aldadırsınız? Bundan sonra satıcı sualıma cavab tapa bilmədi və məni müdriyyətə yönləndirdi”, - müştəri qeyd edib.

Müdiriyyətə yaxınlaşan şikayətçi maraqlı reaksiya ilə üzləşib. Belə ki, rəhbərlik ona belə bir neçə halın yaşandığını, ancaq əllərindən heç nə gəlmədiyini bildirib. Şirkət əməkdaşları müştəriyə “qaynar xət”lə əlaqə saxlamağı məsləhət görüb. “Qaynar xət”lə əlaqə saxlayan müştəriyə isə yenə eyni sözlər – kampaniya bitib, artıq stokda planşet yoxdur kimi ifadələr deyilib.

Məsələ ilə bağlı Bakuplus.az əməkdaşı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxlayıb.

Onun sözlərinə görə, gələn şikayətlər arasında birinci yerdə mürəkkəb texniki vasitələr satan qurumlar dayanır:

“İnsanları aldatmaqda və onların hüquqlarını pozmaqda yarışa girmiş bu şirkətlər arasında isə “Kontakt Home” son 5 ildə birinci yerdədir. Bu şirkət bir prinsiplə işləyir: “Pulunu verdin mənə, itil cəhənnəmə”.

Eyyub Hüseynov bildirib ki, bu mağazadan çox əcaib şikayətlər gəlir.

“Dəfələrlə bu şikayətləri onların lazımı departamentinə göndərmişəm. Lakin çox nadir hallarda həll olunur. “Kontakt Home”dan gələn şikayətlərin palitrası çox müxtəlifdir. Böyük reklam kampaniyaları aparırlar, “şeş-qoşa” oynatdırırlar. Sonra uduzanda vətəndaş heç nəyi sübut edə bilmir.

Dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərindən xahiş etmişəm ki, elektron mallar satan qurumları bir yerə toplayın və mənə 3 dəqiqə vaxt verin. Onlara deyiləcək sözlərim var.

Əsas məsələ budur ki, mal satıldı, qurtardı, qapılar bağlandı. Onların rəhbəri ilə heç kəs görüşə bilməz. Şəxsən mən ildə bir dəfə də olsun “Kontakt Home”un rəhbəri ilə görüşə bilməmişəm. Təəssüflər olsun ki, bu şikayətləri biz danışıq yolu ilə çox nadir halda həll edə bilirik. Həll edilməyən məsələləri isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndəririk”, - E.Hüseynov deyib.

Sədr qeyd edib ki, ay yarım öncə prezidentin fərmanı ilə adıçəkilən dövlət qurumu İqtisadiyyat Nazirliyinin tərkibindən çıxarılıb və prezident administrasiyasına tabe olan bir quruma çevrilib:

“Bu, yaxşı haldır. Bundan sonra bəlkə vəziyyət dəyişər. “Kontakt Home”la ciddi məşğul olunmalı, monitorinqlər aparılmalı və istehlakçı hüquqlarının pozulması hallarına son qoyulmalıdır”.

Qeyd edək ki, Eyyub Hüseynov bu kimi hallarla qarşılaşan alıcıların Azad İstehlakçılar İctimai Birliyinə müraciət edərək ərizə yazmasını və yaxud 195, 012- 599- 76-00 nömrələrinə zəng edərək İqtisadiyyat Nazirliyinin hüquq şöbəsinə məlumat vermələrini təklif edib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Oxşar xəbərlər