Azərbaycanda vətəndaşlar üçün ipoteka niyə əlçatan deyil? Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az İctimai TV-yə istinadən xəbər verir.
Ölkədə bir çox peşə sahibləri ipotekadan məhrumdurlar. Buna səbəb onların şərtlərə uyğunsuzluqlarıdır.
“Bənna, zərgər, pinəçi, dülgər, bərbər, qaynaqcı, çilingər və digərləri ipoteka ala bilmirlər. Bunlar orta və kiçik sahibkarlıqla məşğul olan insanlardır. Onların VÖEN-ləri var, vergi ödəyiciləridir”, – deyə millət vəkili Siyavuş Novruzov qeyd edib.
Digər vətəndaşlar ipoteka faizlərinin çox baha olmasından narazıdırlar. Həmçinin yaşı 50-ni keçənlər də ipoteka götürə bilmirlər.
Ekspertlərin sözlərinə görə, dövlət qulluqçuları və hərbçilərə güzəştlər edilirsə, digər peşə sahibləri, ümumiyyətlə, ipoteka almaqda çətinlik çəkirlər. Bu da bərabərsizlik yaradır.
Onlar güzəşt kateqoriyalarını genişləndirməyi və iqtisadi əsasları nəzərə almağı təklif edirlər.
Ötən il Azərbaycanda ipoteka kreditlərinin sayında 1,8% artım müşahidə olunub. Banklar 5600 ipoteka verib. Onlardan 1700-ü güzəştli sayılır.