İsveçrə Səfirliyində İsveçrə ifaçısı Sofi dö Kue-nin konserti baş tutacaq.
Bakuplus.az xəbər verir ki, Sofi dö Kue-nin konserti 18 sentyabr saat 19:00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.
Giriş sərbəstdir.
Mədəniyyətlər və insanlar arasında körpü yaratmaq məqsədini güdən Sofi dö Kue, multiinstrumental ifaçı Simon Jaccard ilə birlikdə artıq 16 ölkədə çıxış edib. Onların səfərləri Livan, İsveçrə, Belçika, ABŞ, Çin, Hindistan, Sinqapur, Yaponiya, Rumıniya, Polşa, Türkiyə, İtaliya, Fransa, İspaniya və Böyük Britaniyada baş tutub.