Sabunçu rayonunda qəbiristanlıqda yaşayan oğlan sığınacağa yerləşdirilib. Bu haqda 7 oktyabr tarixində Bakuplus.az Realtv-yə istinadən xəbər verir.
Sosial Xidmətlər Agentliyi 9 ildir ki, Maştağa qəsəbəsindəki qəbiristanlıqda yaşayan İlham Ağayevin vəziyyətini qiymətləndirib. Qiymətləndirilməyə uyğun olaraq, onun həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilməsinə dair qərar verilib. O, sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilmədən dərhal sonra sağlamlıq müayinəsinə cəlb edilib. Müayinə zamanı səhhətində və psixoloji durumunda müəyyən problemlərin olduğu aşkarlanaraq, o, lazımi müalicə alması üçün xəstəxanaya yerləşdirilib.
İlham Ağayev kiçik yaşlarından atası tərəfindən internat məktəbinə atılıb. Anasının kimliyindən isə, ümumiyyətlə, məlumatsızdır. 35 yaşlı İlham 26 yaşından sözügedən qəbiristanlıqda yaşayır.