top
Suraxanıda məktəbdə müəllimə qanunsuz olaraq işdən qovulub – İDDİA – VİDEO
26 aprel 2024, 04:50
- ↺ +

Suraxanıda məktəbdə müəllimə qanunsuz olaraq işdən qovulub – İDDİA – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Suraxanı rayonundakı 285 saylı məktəbdə 35 il iş təcrübəsi olan müəllimənin işdən qovulduğu iddia olunur. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Space News-a istinadən xəbər verir.

Müəllimə Təranə Yusifovanın sözlərinə görə, o, 20 il adıçəkilən məktəbdə işləyirdi. Lakin məktəbə gələn yeni direktor Nuranə Yəhyayeva öncə başqa müəllimi daha sonra isə T.Yusifovanı işdən çıxarıb.

Şikayətçi iddia edir ki, o, işdən azad olunmazdan öncə direktor tərəfindən təzyiqə məruz qalıb.

“Təzyiq etdi, mən dinmədim. Otağım ola-ola dedi: “Get başqa sinifdə dərs keç”. Çıxara bildiklərini çıxardı, bilmədikləri də kənardan gəlib dərs keçirlər”, – deyə T.Yusifova əlavə edib.

Hazırda T.Yusifova işsiz qalıb. Elm və Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi və digər aidiyyəti qurumlara işlə təmin olunması ilə bağlı müraciət etsə də, problem öz həllini tapmayıb.

Bakı şəhər Təhsil İdarəsindən bildirildi ki, Təranə Yusifova 2017-ci ildən işdən azad olunduğu günə kimi həmin məktəbdə günü uzadılmış qrup rəhbəri kimi çalışıb. Sonradan qruplarda şagird sayının azlığı nəzərə alınaraq, Təranə Yusifova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

“2015-ci ildə mənim əmrim səhv yazılıb. Mənə “müvəqqəti” yazmalı idilər, amma əmrimdə yazıblar ki, “daimi qrup rəhbəri olsun”, – deyə şikayətçi buna cavab verib.

BŞTİ isə öz növbəsində qeyd edib ki, Təranə Yusifova digər məktəblərdə qrup rəhbəri kimi işləmək təklifini də qəbul etməyib.

Hazırda məsələ ilə bağlı iş məhkəmə qaydasında araşdırılır.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Bu gün, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Bu gün, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Bu gün, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Oxşar xəbərlər