Paytaxtın Suraxanı rayonunda içməli su olmayacaq. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az “Azərsu” ASC-yə istinadən xəbər verir.
Əmircan qəsəbəsi ərazisində magistral su kəmərində təmir-bərpa işləri aparılır. Bu səbəbdən 31 oktyabr gün ərzində Suraxanı rayonu ərazisində içməli suyun verilişi dayandırılacaq.
Qurum narahatlığa görə sakinlərdən üzr istəyib.