Suraxanı rayonunda qaz olmayacaq. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Bülbülə qəsəbəsində qaz kəmərində aşkarlanan sızmaların ləğv edilməsi, eləcə də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə saat 10:00-dan etibarən Atamoğlan Rzayev, Malik Mustafayev, Səttar Bəhlulzadə, Hasil Bayramov küçələrində qaz təchizatı dayandırılacaq.