Bakının Suraxanı rayonunda qaz kəsiləcək. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Fasilə iyulun 18-də saat 10:00-dan etibarən yaranacaq.
Məhdudlaşdırma Suraxanı rayonu, Hövsan qəsəbəsində, Dədə Qorqud, Bahar yaşayış massivlərində, MİDA yaşayış kompleksində olacaq.
Zığ qəsəbəsində yerləşən ortatəzyiqli qaz kəmərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar yüksəktəzyiqli magistral qaz kəməri üzərində quraşdırılmış “Qaraçuxur əhali” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.