Bakının 2 rayonunda qazın verilişi dayandırılıb. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Azəriqaz-a istinadən xəbər verir.
Təmir işləri ilə əlaqədar paytaxtın Binəqədi və Suraxanı rayonları ərazisində qaz təchizatı dayandırılıb.
Məhdudiyyət Suraxanı rayonunun Bahar və Dədə Qorqud yaşayış massivlərini, eləcə də Binəqədi rayonunun Abay Kunanbayev, İlham Hacıyev, S.S.Axundov küçələrini əhatə edib.