top
Uşağım qoç bürcü olsun! - Dəbə çevrilən qeysəriyyənin TƏHLÜKƏLƏRİ
24 noyabr 2024, 01:00
- ↺ +

"Uşağım qoç bürcü olsun!" - Dəbə çevrilən qeysəriyyənin TƏHLÜKƏLƏRİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda son illər qeysəriyyə kəsiyi əməliyyatı ilə doğuşa üstünlük verənlərin sayında artım müşahidə edilir. Bir çox hallarda bu üsula tibbi zərurətdən müraciət edilsə də, bəzən belə bir zərurət olmadan, şəxsi səbəblərə görə ailələr qeysəriyyə əməliyyatını seçirlər.

Ölkəmizdə bəzən ailələr sadəcə şəxsi arzuları əsasında qeysəriyyəyə üstünlük verirlər. Bunlar arasında ən maraqlı nümunələrdən biri uşağın doğum tarixinin xüsusi rəqəmlərə uyğunlaşdırılmasıdır. Məsələn, 11.11, 22.02 kimi rəqəmlərin xüsusi mənası olduğuna inanan ailələr bu tarixlərdə doğum üçün qeysəriyyəyə müraciət edirlər.

Hətta övladının bürcünün nə olacağına qərar verən ailələr də var. Nümunə üçün qeyd edək ki, övladının liderlik xüsusiyyətlərinə malik qoç bürcünün aid olduğu ayda doğulmasını arzulayır və bu səbəbdən əməliyyatı konkret tarixə planlaşdırırlar.

Qeysəriyyə ilə doğuma üstünlük verənlər arasında təbii doğuşdan qorxan, bu üsulun asan olduğuna inanan qadınlar da .

Mövzu ilə bağlı Modern.az-ın suallarını Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, tibb üzrə fəlsəfə doktoru, dosent Aynurə Əmirova cavablandırıb.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunan “Qeysəriyyə kəsiyi əməliyyatına dair” kliniki protokolda göstərişlər arasında ananın istəyi ilə əməliyyatın icra olunması yoxdur:

“Qeysəriyyə kəsiyi yalnız tibbi göstərişlər əsasında olmalıdır. Planlı qeysəriyyə əməliyyatının icrası həmin kliniki protokola əsasən tək döllü hamiləlik zamanı hamiləliyin 39-cu həftəsində, əkiz döllü hamiləlikdə isə 38-ci həftədə icra olunması məsləhət görülür. Bu, dölün ciyərlərinin hazır olması ilə bağlı seçilir. Əgər əməliyyat daha erkən həftələrdə icra olunursa yenidoğulmuşda ağciyərlərin tam yetişməməsi, distress sindromun inkişaf etməsi müşahidə oluna bilər”.

A.Əmirova bildirib ki, çox zaman da əgər planlı qeysəriyyə əməliyyatı 39-cu həftədən tez icra olunursa yenidoğulmuşların tranzitor taxitnoyası diaqnozu ilə ya intensiv terapiya palatasına, ya da yenidoğulmuşların reanimasiyası şöbəsinə yerləşdirilə bilər:

“Belə fəsadların yaranmaması üçün tövsiyə olunur ki, 39-cu həftədə sırf qeysəriyyə əməliyyatı planlı olan halda icra olunsun. Təbii ki, əgər təcili hallar varsa 39-cu həftə gözlənilmir və hər zaman lazımi müdaxilənin vaxtında icra olunması öncəlikdir”.

Bürcə, xüsusi rəqəmlərə görə uşaq dünyaya gətirənlərlə bağlı saytımıza danışan sosioloq Mail Yaqub isə bildirib ki, cəmiyyətdə belə çatışmazlıqlar var:

“İnsan həyatının əsas məsələlərini bir kənara qoyaraq təfərrüata, haşiyəyə gedir. Bəzən insanlar həyatında əsas şeylərlə xoşbəxt ola bilmir. Bu zaman da özünü xoşbəxt etmək üçün bu cür cılız şeylərə sığınır. İnsan həyatında işi, dostları, ailəsi, ona verilən dəyər, qazandığı uğurlar ilə xoşbəxt olmalıdır. Belə insanlar sanki bunların heç birini qazana bilmədiyi üçün belə düşünür ki, bu onu xoşbəxt edə biləcək. Bu boğulan insanın saman çöpünə yapışıb qalması kimi belə absurd, mənasız şeylərə yapışıb qalırlar”.

Son xəbərlər

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Oxşar xəbərlər