top
Uşaqlıq illərinə həsrət qalmış uşaqlar
06 dekabr 2024, 00:09
- +

Uşaqlıq illərinə həsrət qalmış uşaqlar

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq konfransda çıxış edən təhsil naziri Emin Əmrullayev deyib ki, qarşıda duran növbəti çağırış məktəbəqədər təhsildə yaş həddini 3-4-ə endirməkdir. Nazirin fikrincə, nazirliyin ən böyük uğurlarından biri 5 yaşlı uşaqların məktəbəqədər hazırlığa cəlb olunmasıdır: “Məktəbə hazırlıq üçün indi 5-6 yaşı əhatə ediriksə, məqsəd bunu daha aşağı yaşa, 3-4 yaşa endirməkdir”.

Hədəf nədir?

Gencexeber.az-ın məlumatına görə, təhsil nazirinin məktəbəqədər hazırlıqda yaş senzini 5-dən 3-4-ə endirmək barədə planı ictimailəşdirməsi güman ki, nə bu sektorun ekspertləri, nə də valideynlər tərəfindən birmənalı qarşılanmayacaq. Uşaqların fikrini onsuz da soruşan yoxdur. Yazıqlar qalıblar dərs çantalarının ağır fiziki, dərsliklərin isə əqli yükü altında. Ancaq bu dəyişikliyin nə ilə nəticələnəcəyi barədə konkret gözləntilər varmı, yaxud yaş həddinin 5 olmasından hansı müsbət nəticə əldə edilib, – bunlar mübahisəli müzakirə predmetidir. Ortada olan odur ki, körpələr uşaqlığa həsrət qalıblar, ağır dərs yükündən yorulurlar, sonda isə gedirik repetitorun yanına…

İnsan uşaqlıq çağının məhsuludur. Xoşbəxtliyimiz kimi bədbəxtçiliyimiz də, uğurlarımız qədər komplekslərimiz də uşaqlığımızın məhsuludur. İnsan hər yaş dövrünü müvafiq şəkildə keçirməlidir – uşaq uşaq olmalıdır, yeniyetmə isə ağsaqqal kimi düşünməməlidir. İndi biz cəmi 3 yaşı olan körpəni məktəbəqədər hazırlığa cəlb etməklə, ondan nə gözləyirik? Bu bizim orta məktəb təhsilimizin effektivsizliyini etiraf etməyimiz deyilmi? Yaxud belə çıxmırmı ki, 11 illik orta məktəbdə biz uşaqlara bütün proqramı ya çatdırmırıq, ya çatdıra bilmirik? Dünyanın aparıcı şirkətləri, transmilli korporasiyalar işçi götürərkən diplom tələbini yığışdırdıqları bir vaxta biz uşağı artıq 3 yaşından təhsilə göndərməklə nəyi hədəfləyirik?

Medalın digər üzü

Bizdə təhsil sahəsində aparılan islahatlar, yaxud tətbiq edilən yeniliklərin uşaq psixologiyasına, yaxud valideynin həyat tərzi və büdcəsinə hansı təsiri göstərməsi barədə nə araşdırma aparan var, nə də sosioloji sorğu keçirən. Halbuki məzunlarını öz ali məktəblərimizi bitirən gənclərdən tez işlə təmin etdiyimiz universitetlərin yerləşdiyi Qərb ölkələrində ötən əsrin 50-ci illərindən etibarən istənilən kiçik layihə və yaxud dövlət proqramını tətbiq etməmişdən öncə mütləq sosioloji araşdırmaların nəticələrinə baxırlar. Bu, səhv etmə ehtimalını azaltmaqla yanaşı, atılan addımın nə kimi müsbət və ya mənfi göstəricilərə gətirib çıxaracağını bilmək üçün ən rahat və optimal yoldur.

Təhsil sisteminin sərtliyi və ağırlığı ilə fərqlənən Yaponiya, Sinqapur və Cənubi Koreya kimi ölkələrdə uşaqlar tətilin nə olduğunu bilmirlər. Elə bu səbəbdəndir ki, tələbə suisidinin ən çox baş verdiyi ölkələrdən biri Cənubi Koreyadır. Axı biz Yaponiyayıq, yoxsa Cənubi Koreya? Bəlkə hər bir elmlər namizədi səviyyəsinə çatmış alimin yetişməsi üçün 1 milyon dollar vəsait xərcləyən Sinqapuruq?

Yaxşı olardı ki, Təhsil Nazirliyi məktəbəqədər hazırlığın yaş həddinin aşağı salınmasından valideynin xoşbəxt olub-olmaması barədə bir araşdırma keçirərdi. Ya da müəyyən edilərdi ki, senzin 3-4-ə düşməsi ailələrin rifah halına, məşğulluq probleminə hansı təsiri göstərəcək? Bəlkə də artıq göstərir?…

Xoşbəxt həyat xoşbəxt məktəbdən başlayır

Hər bir ölkənin inkişafı birbaşa olaraq onun təhsil sisteminin keyfiyyəti ilə bağlıdır. Sosial rifah halı, iqtisadi qüdrəti, hərbi gücü, əsasən də XXI əsrin başlıca trendi olan texnoloji potensialı yüksək olan ölkələr illər öncə təhsil sahəsində həyata keçirdikləri islahatların bəhrələrini görürlər. İndi liberal ab-havası hesabına ciddi uğurlar qazanmış Finlandiya təhsilindən çox danışılır. Finlandiya təhsil sistemi məsələn, sərtliyi ilə seçilən Koreya sistemi ilə müqayisədə heç də geridə qalmır. Finlandiya digər Skandinaviya dövlətləri kimi sosial həyatın və rifahın ən yüksək olduğu ölkələrdən biridir. Finlandiya qabaqcıl iqtisadiyyata malik ölkədir və rifah reytinqlərində Cənubi Koreyanı qabaqlayır.

Ancaq Finlandiya bu qəbildən olan yeganə dövlət deyil. Məsələn, Estoniya “Kibertəhlükəsizlik üzrə Qlobal indeks” reytinqində Avropa birincisidir və dünyada ilk beşliyə daxildir. Yaxud informasiya-kommunikasiya texnologiyaları üzrə qanunvericilik sahəsində dünya ikincisidir. Deyilənə görə, ABŞ-nin eks-prezidenti Barak Obama vaxtilə belə fikir işlədib: “Bizim səhiyyə sisteminin saytını işə salmazdan əvvəl gərək mən Estoniyaya zəng edərdim”.

Mütəxəssislər hesab edirlər ki, Estoniya təhsil sisteminin ən mühüm özəlliyi onun rahatlığıdır. Burada uşaq orta məktəbə 7 yaşında qədəm qoyur.  Nəticə də göz önündə: Estoniya dünyanın ən populyar IT-sistemlərinə malik ölkədir. 2017-ci ilə dair nəticələrə görə, Estoniya məktəbliləri savad və biliklərinə görə dünyada üçüncü, Avropada isə birinci olublar.

Daha bir nümunə Danimarkadır. Burada hesab edirlər ki, dünyanın ən xoşbəxt təhsil sisteminə malikdirlər. Danimarkada uşaq məktəbə 6 yaşından gedir. Bu yaşadək o, nə oxumaq bilir, nə də yazmaq. Burada hesab edirlər ki, nə qədər yaş və vaxt imkan verir, qoy uşaq oynasın və əylənsin. Bununla belə, bu ölkədə əmindirlər ki, onların təhsil sistemi kimi mükəmməli dünyanın heç bir yerində yoxdur. 2 yaşa qədər körpələrin yalnız 15%-i körpələr evinə, 3-6 yaşlarında uşaqların isə təqribən yarısı uşaq bağçasına gedirlər. Uşaq yalnız 6 yaşında hazırlıq siniflərinə ayaq basır ki, bu da məcburi xarakter daşımır. Bu siniflərin əsas məqsədi uşaqları sistemli təhsilə deyil, məktəbə uyğunlaşmağa öyrətməkdir.

Danimarkada təhsili nizamlayan qanun 50 il əvvəl – 1975-ci ildə qəbul edilib və o vaxtdan saat kimi işləyir. Danimarka dünyanın rifah halı ən yüksək, ən qabaqcıl dövlətlərindən biridir. Tək oyuncaq istehsalçısı olan “Lego” şirkətinin dövriyyəsi 600 milyard dollara yaxındır. İndi bizim “Lego” kimi şirkətimiz yoxdur, olmasın. Ancaq bəlkə uşaqlara vaxt verək bir az oyuncaqla oynasınlar?

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Baş prokuror Xətai rayonunda qəbul keçirəcək

Xəbər
Dünən, 17:20

Bakıda 63 yaşlı qadın ana oldu

Xəbər
Dünən, 16:20

İyunun son günü hava necə olacaq?

Xəbər
Dünən, 15:50

Bakıda qadın ütü ilə döyüldü

Xəbər
Dünən, 15:20

DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb

Xəbər
Dünən, 15:07

Rövşən Nəcəfin qohumu olduğunu deyib SOCAR-a aid torpağı satmaq istədi

Xəbər
Dünən, 14:20

Kişi və qadını oğurlayıblar, qərardan narazıdırlar

Xəbər
Dünən, 13:25

Bakıda ağaclar tırtıllara görə dərmanlanır

Xəbər
Dünən, 11:54

Ordumuzda neçə qadın xidmət edir?

Xəbər
Dünən, 11:50

Bakılı iş adamı bu il 800 milyon dollar qazanıb

Xəbər
Dünən, 11:27

Bakıda bağlı qapı arxasında qalan şəxslər xilas edildi

Xəbər
Dünən, 10:27

Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər

Xəbər
Dünən, 09:41

Binəqədinin bu ərazilərində qaz kəsiləcək

Xəbər
28 iyun 2026, 21:00

29 iyun-5 iyul tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
27 iyun 2026, 10:39

Səyavuş Aslanın anım günüdür

Xəbər
26 iyun 2026, 17:43

Allahşükür Paşazadə: Süni intellekt zəkalı olsa da, ruhu olmadığından ibadətdə insanı əvəz edə bilməz

Xəbər
26 iyun 2026, 17:30

"Məni illərlə təhqir edirdi" dedi, qonşusunun başına bel vurdu

Xəbər
26 iyun 2026, 14:54

Məhkəmə müğənni Elarizin kürəkəni ilə bağlı qərar verdi

Xəbər
26 iyun 2026, 14:11

Bakıda kişi arvadını "TikTok"dakı şərhinə görə DÖYDÜ

Xəbər
26 iyun 2026, 00:20

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Xəbər
26 iyun 2026, 00:01

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Xəbər
25 iyun 2026, 22:01

Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib

Xəbər
25 iyun 2026, 17:57

Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar bağlı olacaq

Xəbər
25 iyun 2026, 17:54

Nərimanov rayonunda yanğın – Xalq artisti görüntülər paylaşdı

Oxşar xəbərlər