Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsinin “Mayak” adlanan ərazisində dördyolda eyni yol nişanı quraşdırılıb. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə görmək olar ki, sözügedən kəsişmənin bütün istiqamətlərində “Stop” nişanı quraşdırılıb. Bu da sürücülər arasında çaşqınlıq yaradıb. Hansı istiqamətdən gələn sürücünün üstünlüyə malik olduğu bilinmir.
Sözügedən videogörüntüləri təqdim edirik: