Vətən müharibəsi qəhrəmanı məktəblilərlə görüş keçirəcək. Bu haqda bu gün, 25 sentyabr tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir.
“Məktəbdə...” layihəsi çərçivəsində keçirilən görüşdə polkovnik-leytenant Anar Mirzəyevlə birlikdə məktəb və müəllimin insanların formalaşmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, yeniyetmə və gənclərdə Vətən, torpaq sevgisi, ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəblilərin sualları cavablandırılacaq.
Tədbir 26 sentyabr tarixində Binəqədi rayonunda yerləşən 300 saylı tam orta məktəbdə baş tutacaq.