Xırdalandan Bakıya və əks-istiqamətdə olan marşrut avtobuslarını sakinlər uzun müddət gözləyirlər. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən xəbər verir.
Avtobusları gözləyən sakinlər bildirirlər ki, 119 və 135 saylı avtobusların sayı azdır və intervalları böyükdür.
Sərnişinlərin sözlərinə görə, onlar avtobusları saatlarla gözləyirlər, həmçinin sonra onların dayancaqdan çıxmağını uzun müddət gözləməli olurlar.
Lakin sürücülər və “Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev isə bildiriblər ki, avtobusların gec gəlməyinin səbəbi Bakı-Sumqayıt yolunda və Xırdalan şəhərinin prospektlərində müşahidə olunan tıxacdır və “manatlıq” taksilər avtobusların fəaliyyətinə maneə törədir. Bu məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib.