Xətai Sənət Mərkəzində “Düşün və Yarat” adlı sərgi keçiriləcək. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
Hazırda sərgidə iştirakçı sayı müəyyənləşir. İştirak üçün 12 yaşdan yuxarı 1000 nəfərə yaxın rəssam 1500-ə qədər rəsm əsəri, gil, karton, kağız, metal parçası, plastmas və s. materiallardan hazırlanmış əşyalar və texnoloji sistemlər təqdim edib.
Onların arasından cəmi 300-ə yaxın eksponat nümayiş üçün seçiləcək.
Tədbir 1 mart saat 16:00-da baş tutacaq. Giriş sərbəstdir.