Paytaxtın Xətai rayonu, Zığ şosesinin bir hissəsində piyada səkisi qurulur. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az xəbər verir.
Ərazidə yerləşən avtobus dayanacağı təmir olunur, piyadalar üçün şose boyunca tamet daşları döşənir.
Təmir-bərpa işləri yolun “Zeytun bağı” ərazisində aparılır.