Paytaxtın Xəzər rayonu, Qala-Şüvəlan avtomobil yolu əsaslı təmir olunur. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Qala-Pirallahı avtomobil yolunun 8-ci km-dən başlayaraq Şüvəlan qəsəbəsinə qədər olan, uzunluğu 5.2 km, eni isə ortalama 9 metr təşkil edən yolda asfalt örtüyü qazılaraq yenisi ilə əvəz olunur. Həmçinin 2745 kv.m sahəyə səki daşları düzüləcək.
Bundan əlavə, rayonun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələrinin ərazisində ümumi uzunluğu 26.5 km olan küçə və yolun təmiri nəzərdə tutulub.
[caption id="attachment_45517" align="alignnone" width="800"]
Foto Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi rəsmi saytı[/caption]