Aprelin 27-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirib. Bu haqda bu gün, 28 aprel tarixində Azərtac məlumat verib.
Bir gün ərzində 112 vətəndaş müayinə olunub.
Aksiyanın əsas məqsədi xəstələrin operativ müayinəsi və müalicəsi, korluğun qarşısının alınması, görmə patologiyasının erkən aşkarlanması, göz xəstəliklərinin monitorinqi, görmə problemlərinin həllindən ibarətdir.
Müayinələri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Lalə Məmmədova və Rəvanə Həsənova aparıblar.
[caption id="attachment_42418" align="alignnone" width="800"]
Foto Azərtac.az saytı[/caption]