Xəzər rayonu Buzovna qəsəbəsində yeni elektrik yarımstansiyasının tikintisi başa çatıb. Prezident İlham Əliyev açılış mərasimində bu gün, 15 sentyabr tarixində iştirak edib.
110/35/10 kilovoltluq “Buzovna-1” yarımstansiyası Buzovna, Zuğulba, Albalılıq, Bilgəh, Nardaran, Maştağa qəsəbələrinin elektrik təchizatını təmin edəcək.
Qapalı tipli yarımstansiya məsafədən idarə olunan dispetçer sistemi ilə işləyəcək.
Bundan əvvəl, 9 avqust tarixində Abşeron yarımstansiyasının yenidənqurma işlərindən sonra açılış mərasimi baş tutmuşdur.
[caption id="attachment_6953" align="alignnone" width="696"]
Foto President.az saytı[/caption]
[caption id="attachment_6952" align="alignnone" width="696"]
Foto President.az saytı[/caption]