Azərbaycan Xalça Muzeyində fərdi sərgi nümayiş olunacaq. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az mədəniyyət ocağına istinadən xəbər verir.
“Toxunuş” adlı fərdi sərgidə rəssam Lalə Hüseynovanın əsərləri təqdim olunacaq.
“Toxunuş” sərgisi təbiətlə insanın minilliklər boyu davam edən ünsiyyətinin, möhtəşəm vəhdətinin, bütövlüyünün sənət dili ilə ifadəsidir. Buradakı əsərlər 4 təbiət ünsürünün – su, od, hava və torpağın daxili monoloqunun təqdimatıdır.
Tədbir 7-12 mart tarixləri arası təşkil olunacaq.