Aprelin 26-da Xalq artisti Rasim Balayev məktəblilərlə görüşəcək. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri “Məktəbdə…” layihəsi çərçivəsində uşaqlarla görüş keçirəcək.
Tədbirdə məktəb və müəllimin insan həyatındakı rolu, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri və digər mövzulardan danışılacaq.
Görüş 32 nömrəli tam orta məktəbdə baş tutacaq.