top
Xalq artisti Rauf Hacıyevin doğum günüdür 
15 may 2025, 01:33
- ↺ +

Xalq artisti Rauf Hacıyevin doğum günüdür 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Xalq artisti Rauf Hacıyevin anadan olmasından 103 il ötür.

Bakuplus.az xəbər verir ki, Rauf Soltan oğlu Hacıyev 15 may 1922-ci ildə Bakıda anadan olub. Anası Nənəxanım bütün ömrünü Zərdabda yaşayıb və oğlunu kiçik yaşlarından əmisi Həsən bəy Zərdabinin qızı Qəribsoltan Məlikovanın himayəsinə verib. Üç yaşınadək Raufun gözləri görməyib, sonradan görmə qabiliyyəti açılıb.

İlk təhsilini Rauf orta ixtisas musiqi məktəbinin fortepiano sinfində alır. O, məktəb illərində “Tarantella”, “Dağıstan”, “Ləzgihəngi” kimi əsərləri yazır. Üzeyir Hacıbəyov Raufun fortepiano üçün pyeslərini dinlədikdən sonra onun istedadını yüksək qiymətləndirir. Bəstəkar il yarım onunla məşğul olandan sonra Rauf “Samur”, “Mingəçevir”, “Gənclik marşı” əsərlərini bəstələyir. “Gənclik marşı” respublika gənclər festivalında birinci mükafata layiq görülür.

Böyük Vətən müharibəsi illərində Hacıyev könüllü olaraq cəbhəyə gedir. O, 402-ci atıcı diviziyasında vuruşur, yaralanandan sonra ordudan tərxis olunur.

Hacıyev 1948-1949-cu illərdə Moskva konservatoriyasında təhsil alıb, 1953-cü ildə Azərbaycan konservatoriyasını bitirib.

Rauf Hacıyevin yazdığı bir çox mahnılar məşhurluq qazanıb. Onların sırasında: “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft daşlarında”, “Ceyran” və s.var.  Bəstəkar, həmçinin 15-ə qədər filmə musiqi yazmışdır: “Əhməd hardadır”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qara daşlar” və s.

Rauf Hacıyev 7 operettanın müəllifidir. Onlardan 5-i Moskva Dövlət operetta teatrının səhnəsində tamaşaya qoyulub. Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası “Romeo mənim qonşumdur” əsəridir. Bu əsər SSRİ bəstəkarlarının əsərlərinə baxışda üçüncü mükafata layiq görülüb.

Operetta janrında çalışmaqla yanaşı, Hacıyev opera və baletlər də bəstələmişdir. 1969-cu ildə “Ləzgihəngi” baleti Parisdə və Fransanın bir çox şəhərlərində, eləcə də Lüksemburq və Monakoda göstərilmiş və tamaşaçıların rəğbətini qazanıb.

Hacıyev 1964-cü ildə Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-1971-ci illərdə isə respublikanın Mədəniyyət Naziri vəzifələrində çalışıb. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət xor kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət rəqs ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılıb.

1971-ci ildə Hacıyev Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edir. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Hacıyev Əlcəzair Milli Konservatoriyasında və Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışıb.

Rauf Hacıyev 19 sentyabr 1995-ci ildə Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
22 oktyabr 2026, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
22 oktyabr 2026, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
22 oktyabr 2026, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
22 oktyabr 2026, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
22 oktyabr 2026, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Oxşar xəbərlər