Bakıda gənc xanıma qarşı əxlaqsız hərəkət edən “Uber” sürücüsü müəyyən edilib. Bu haqda 17 yanvar tarixində APA DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyeva istinadən məlumat verib.
Açıqlamada bildirilib ki, 51 yaşlı taksi sürücüsü müəyyən edilərək saxlanılıb.
“Barəsində inzibati icraat işi açılıb. Araşdırma aparılır”, - məlumatda deyilir.