Xırdalan dəmiryol stansiyasında problem yaşanıb.
Bakuplus.az xəbər verir ki, bu gün səhər saatlarında Xırdalan dəmiryol stansiyasında bank kartlarının fəaliyyətində problem yaranıb.
Sərnişinlər turniketdən keçmək istədikləri zaman çətinliklə üzləşiblər.
Bakuplus.az-ın əldə etdiyi məlumata görə, şəbəkədə texniki nasazlıq baş verib.
Nasazlığın aradan qaldırılması istiqamətində işlər gedir.
Qeyd edək ki, dəmiryol stansiyalarında hər hansı bir problem baş verdiyi zaman sərnişinlər 1822 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərlər.
Nəzrin Vahid