Bakıda 19-21 oktyabr tarixlərində gənc rejissorlar üçün nəzərdə tutulmuş “YARAT Shorts” festivalı keçiriləcək. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Tədbirin proqramı:
19 oktyabr
- 19:00 – Giriş nitqi;
- 19:30 – Azərbaycan rejissorlarının filmlərinin nümayişi. İlk gün ərzində 14 qısametrajlı film nümayiş olunacaq;
- 20:45 – Kinorejissorlar ilə sual-cavab sessiyası.
20 oktyabr
- 19:00 – Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould, "British Council"in direktoru Nərgiz Hacıyeva və "Gecə vaxtası" filminin prodüseri Cayls Hilinin açılış nitqləri;
- 19:20 – "BAFTA"nın mükafatçı filmlərinin nümayişi. İkinci gün ərzində "İrlandsayağı vida" (Tom Berkli, Ross Uayt), "Oğlan, köstəbək, tülkü və at" (Piter Beynton, Çarli Makkizi), "Gecə vaxtası" (Aişa Penvarden, Con Stivenson) və "Dağlar səni gözləyir" (Hanna Ceykobs) filmləri təqdim olunacaq;
- 20:45 – Cayls Hili ilə sual-cavab sessiyası.
21 oktyabr
- 17:00 – Cayls Hilinin ustad dərsi (yerli gənc həvəskar prodüserlərə peşəkar məsləhətlərin verilməsi);
- 19:00 – Gürcüstan tərəfdaşlarının seçilmiş 7 filminin nümayişi. Rejissor Salome Latsabidzenin giriş nitqi;
- Salome Latsabidze ilə sual-cavab sessiyası.
Festivalda iştirak etmək istəyən şəxslər mütləq qeydiyyatdan keçməlidirlər.