Bakının YARAT Müasir İncəsənət Mərkəzində uşaqlar üçün “Vücud dili” adlı ustad dərsi təşkil olunacaq. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az məlumat verir.
İştirakçılar hal-hazırda YARAT Mərkəzində nümayiş olunan "Yeddinci tənhalıq" qrup sərgisində əsərləri nümayiş olunan rəssam Ramal Kazımın ustad dərsində sangina və sepia vasitəsilə sərbəst mövzuda rəsmlər yaradacaqlar.
Ustad dərsi saat 12:00-da başlayacaq və 8-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub.
Qeydiyyat üçün əlaqə nömrəsi: 0502469292. Qeydiyyat çərşənbə axşamından cümə gününə qədər saat 11:00-dan 18:00-dək aparılır.