Paytaxtın Yasamal rayonu, Kubinka adlanan ərazinin Fuad İbrahimbəyov küçəsində kommunikasiya xətlərinin təkmilləşdirilməsi davam edir. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az xəbər verir.
Hazırda küçənin bir hissəsi qazılıb, hərəkət qismən məhdudlaşdırılıb. Su boruları dəyişdirilib.
Daha öncə, 3 fevral tarixində sözügedən küçənin digər hissəsində təmir işlərinin aparıldığı barədə xəbər verilmişdir.