Bakı şəhəri, Yasamal rayonunun “Azərsu” adlanan parkda pulsuz atraksionlar yararsız hala düşüb. Bu baradə Xəzər Xəbər məlumat yayıb.
Qeyd olunur ki, yelləncəklər və sürüşkənlər uzun müddətdir ki, bu halda qalıb. Ödənişli yelləncəklərdən fərqli olaraq, heç kim pulsuz atraksionlara baxmır və vaxtında təmir edilmir. Nəzarətsiz qalan atraksionlar uşaqların həyatları üçün təhlükə mənbəyidir.
Park 2014-cü ildə Bakı Abadlıq Xidməti tərəfindən salınıb. Lakin qurum bildirib ki, hal hazırda park onların balansında deyil. Azərsu ASC isə bu məsələylə bağlı Xəzər Xəbərə heç bir fikir bildirməyib.