Yasamal Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə görüş keçirib. Bu haqda 7 may tarixində Bakuplus.az Yasamal Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan Dövlət Pedaqoji kollecinin akt zalında rayon sakinləri ilə görüşüb. Burada vətəndaşlar, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
“Açıq mikrofon” formatında və dialoq şəklində baş tutan səyyar qəbul zamanı sakinlər əsasən su təchizatı, pilot layihələr, küçələrin asfaltlanması, şəhid ailəsi üzvlərinin işlə təmini, sənədsiz evlər və digər məsələləri qaldırıb.
Başçı sakinlərin problemlərini həll etmək üçün xidmət və struktur rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verib.