top
Yuxuda ünsiyyət qurmaq mümkün olacaq – YENİ KƏŞF
07 dekabr 2024, 23:00
- ↺ +

Yuxuda ünsiyyət qurmaq mümkün olacaq – YENİ KƏŞF

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın “REMSpace” texnologiya startapı, aydın yuxu vasitəsilə iki nəfər arasında ünsiyyət qurmağın mümkünlüyünü iddia edir. Şirkət bu nailiyyəti başa bərkidilən və WiFi vasitəsilə serverə qoşulan xüsusi cihazın köməyi ilə həyata keçirdiklərini bildirib.

“Euronews.com” xəbər verir ki, təcrübə zamanı hər iki iştirakçı aydın yuxu vəziyyətində olub. Şirkətin məlumatına görə, cihaz vasitəsilə iştirakçıların beyin dalğaları və ürək döyüntüləri izlənilib. Əvvəlcə aydın yuxuya girən iştirakçıya gizli bir söz çatdırılıb. Daha sonra bu mesaj, ikinci iştirakçı aydın yuxu vəziyyətinə keçdikdə ona ötürülüb. Təcrübənin nəticələrinə əsasən, ikinci iştirakçı yuxu vəziyyətində aldığı mesajı ayıldıqdan sonra düzgün şəkildə təkrar edib.

“REMSpace” bu nailiyyəti “ilk yuxu söhbəti” adlandırır. Lakin eksperimentin nəticələri hələ tanınmış elmi jurnalda dərc olunmayıb. Bu da müstəqil tədqiqatçılar tərəfindən nəticələrin təsdiqlənmədiyini göstərir. Şirkət təqdim edilən məqalənin yaxın iki-altı ay ərzində nəşr olunacağını qeyd edib.

“REMSpace”in baş direktoru Maykl Raduqa bu texnologiyanın elm dünyasında inqilabi bir dönüş nöqtəsi ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, yuxuya nəzarət süni intellektdən sonra növbəti böyük sənaye sahəsi ola bilər. O, oktyabrın 8-də keçirilən ikinci təcrübənin də müvəffəqiyyətlə başa çatdığını iddia edib. M.Raduqa bildirib: “Dünən yuxularda ünsiyyət qurmaq elmi fantastika kimi görünürdü. Sabah bu texnologiya o qədər geniş yayılacaq ki, onsuz necə yaşadığımızı təsəvvür edə bilməyəcəyik”.

Bu yeni texnologiya, aydın yuxuların tədqiqində əhəmiyyətli bir mərhələ olmaqla yanaşı, elmi ictimaiyyət tərəfindən daha geniş miqyasda qiymətləndirilməsini gözləyir.v

Son xəbərlər

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Oxşar xəbərlər