Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində avtomobillər piyada səkisini zəbt edib. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Belə ki, burada piyadalar üçün səki, demək olar ki, yoxdur. Səkinin mövcud olduğu kiçik ərazi də tamamilə avtomobillər tərəfindən zəbt olunub.
Sabunçu Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı bildirib ki, sözügedən ərazi nəzarətə götürüləcək və nəqliyyat vasitələrinin qanunsuz parklanmasının qarşısı alınacaq.