top
1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
31 iyul 2023, 13:07
- ↺ +

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

XIX əsrin ortalarında Azərbaycanda anadilli məktəblərin yaradılması ideyası uğrunda mübarizə geniş vüsət almışdı. Maarifçilər: A.Bakıxanov, M.F.Axundzadə, H.Zərdabi, M.Ş.Vazeh, İ.Qutqaşınlı və başqaları təhsil ocaqlarının açılması, orada oxuyan azərbaycanlı uşaqlarının sayının artırılması üçün çox səy göstərirdilər. Mirzə Fətəli əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb əlifbasının böyük əngəllər törətdiyini görmüş və düz 20 il bu əlifbanın dəyişdirilməsi uğrunda mübarizə aparmışdı. O deyirdi:

“Mənim əlifbam yüz ildən sonra Şərq ədəbiyyatında fəxri yer tutacaq və o əlifbada yeni-yeni əsərlər meydana çıxmaqla yanaşı, köhnə əlifba ilə olan bir çox köhnə kitablar da həmin əlifbaya köçürüləcəkdir. Əlbəttə, belə olduqda mənim məqsədim yerinə çatacaq və o xoşbəxt günlərə qədər yaşamasam da, əvvəlcədən bu xüsusda asudə ola bilərəm.”

Respublikamızda sovet hakimiyyətinin qurulduğu ilk illərdə Azərbaycan dilinin hüquqi status alması çətinləşdi və 1929-cu ildə Azərbaycanda latın qrafikalı əlifba tətbiq edilsə də, 1940-cı ildə kiril qrafikası ilə əvəz edildi. Lakin 1 avqust 1990-cı ildə yaradılmış Azərbaycan Əlifba Komissiyası latın qrafikalı Azərbaycan əlifbasını tərtib etdi və 1992-ci ildə bu əlifbanın tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə yeni əlifbaya keçid uğurla başa çatdırıldı.

Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq, ümummilli lider Heydər Əliyev 2001-ci ildə avqustun 1-ni Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan etmişdir.

 

Son xəbərlər

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Oxşar xəbərlər