top
20 Yanvar faciəsindən 34 il ötür
19 yanvar 2024, 20:57
- ↺ +

20 Yanvar faciəsindən 34 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1980-ci illərin sonlarında Azərbaycanın ərazi bütövlüyünün pozulması, Ermənistanda yaşayan azərbaycanlıların öz doğma yurdlarından qovulması Azərbaycan xalqını azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəni başlatmağa vadar etmişdir.

19 yanvar 1990-cı ildə sovet hökumətinin təşkil etdiyi əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılıb. Daha sonra isə SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən yanvarın 20-də “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” Fərman qəbul olunub. Blokun partladılması əhaliyə rəsmi məlumatın çatdırılmaması üçün edilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin rəhbəri olan Mixail Qorbaçovun əmri ilə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna sovet ordusu yeridilib. Nəticədə Bakıda və ölkənin rayonlarında 744 nəfər yaralanmış, 131 nəfər öldürülmüşdür. Həlak olanların arasında qadınlar, uşaqlar, qocalar, təcili yardım və polis işçiləri olmuşdur.

Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən ümummilli lider Heydər Əliyev olub. Ulu öndər 21 yanvar 1990-cı ildə faciə ilə bağlı Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək, kütləvi qırğın törədən şəxsləri kəskin tənqid edib.

Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib.

Qanlı Yanvar faciəsindən “The New York Times”, “The Guardian”, “The Times” kimi dünyaca məşhur kütləvi informasiya vasitələri məlumat yayıb.

 

Son xəbərlər

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Oxşar xəbərlər