top
Böyük Vətən müharibəsində Bakının rolu
08 may 2022, 22:02
- ↺ +

Böyük Vətən müharibəsində Bakının rolu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

22 iyun 1941-ci ildə alman qoşunlarının SSRİ-yə hücumu başlayıb. Müharibə Azərbaycandan uzaq şimal-qərb regionlarında başlasa da, Hitler Bakını neft ehtiyatlarına görə zəbt etməyi əsas məqsədlərdən biri hesab edirdi. Hətta 20 aprel 1942-ci ildə Adolf Hitlerin ad günündə ona üzərində neft buruğu və Bakının adı təsvir olunan tort təqdim olunmuşdu. Hitlerin tapşırığı ilə alman ordusu 1942-ci il sentyabrın 25-də Bakını zəbt etməli idi. [https://azerhistory.com/?p=9328] 

23 iyul 1942-ci ildə Hitler “Edelveys” adlı strateji əməliyyatın həyata keçirilməsinə dair direktiv imzalayır. Bu plana görə, Qafqazın əsas neft rayonları (Bakı, Maykop, Qroznı) işğal edilməli, ərazilərin nefti hesabına nasist ordusu yanacaqla təmin olunmalı idi. Bu məqsədlə o, Xəzər boyunca hücuma keçmək haqqında tank və aviasiya komandanlarına əmr vermişdi. [Balamirzə Məmmədli. İkinci Dünya müharibəsi illərində Bakı nefti Almaniyanın hərbi-strateji planlarında. Bakı-2021]

Lakin 1942-ci ilin avqust ayında faşist ordusu Şimali Qafqazda Terek çayının sahillərinə çıxsa da, güclü müqavimətlə üzləşib irəliləyə bilmədi. Buna baxmayaraq, 24 sentyabr 1942-ci ildə Azərbaycanda hərbi vəziyyət elan edildi. Düşmən 1942-ci ildə 71, 1943-cü ildə isə 3 dəfə Bakı səmasına daxil olmağa cəhd göstərdi, lakin təyyarəçilərin və zenitçilərin sayəsində faşistlərin 96 təyyarəsi məhv edildi. [http://ensiklopediya.gov.az/az/terms/20212/cild/12]  

1941-ci ildə Bakıda müdafiə əhəmiyyətli hidrogen qurğusu, “Katyuşa” reaktiv artilleriya döyüş maşını, “Şpaqin” pulemyotu, YAK-3 qırıcı təyyarəsi, 1942-ci ildə 130 növ silah, silah hissələri, döyüş sursatı istehsal olunurdu. O zamanlar sovet ordusunun yanacağa olan tələbatının 70%-ni Bakı nefti ödəyirdi. Bakının neft müəssisələrində istehsal olunan 22 milyon tondan çox benzin, sürtkü yağları və digər neft məhsulları cəbhəyə göndərildi ki, bu da döyüş təyyarələri üçün istifadə olunan benzinin 85-90%-ni təşkil edirdi. Bakıda 70-dən çox hərbi hospital təşkil olunmuşdu və burada müalicə olunan 441 min nəfər döyüşçüdən 70%-dən çoxu yenidən cəbhəyə qayıtmışdı.

İkinci Dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən, SSRİ neft və qaz sənayesinə başçılıq etmiş N.Baybakov demişdir: “Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini, bəlkə də, heç bir respublika etməmişdir”. O, hesab edirdi ki, Bakı “Qəhrəman şəhər” adına layiq idi. Lakin o vaxtkı SSRİ rəhbərliyi bu addımı atmadı. [Azər Nuriyev. Bakı – Qəhrəman şəhər. Kaspi. -2010. – 6 may. – S.4.]  

Son xəbərlər

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Oxşar xəbərlər