top
Bakıda baş tutmuş Qafqazın ilk Beynəlxalq Aviasiya həftəsi
13 yanvar 2024, 08:00
- ↺ +

Bakıda baş tutmuş Qafqazın ilk Beynəlxalq Aviasiya həftəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

XX əsrin əvvəllərində nəqliyyatın bir çox sahələri, o cümlədən aviasiya inkişaf etmişdi. 1910-cu ildə Bakı Qafqazda ilk Beynəlxalq Aviasiya həftəsinin baş tutacağı yer kimi seçilmişdi. Nümayiş etdiriləcək uçuşlar oktyabrın sonlarına Balaxanı yolunun yaxınlığındakı (hazırda Hava Limanına gedən əsas yol) tarlada planlaşdırılırdı. Aviasiya tamaşasında iştirak etmək üçün bir neçə pilot, o cümlədən dövrün məşhur pilotlarından olan Sergey Utoçkin və Adam Qaber-Vlınski də dəvət edilmişdilər.

Bakılılar hadisəyə böyük maraq göstərirdilər. Tarlanın kənarındakı tribunada oturacağın qiyməti neftçinin aylıq maaşı olan 30 rubl 60 qəpiyə çatsa da, biletlər əvvəlcədən satılmışdı. Uçuşlar günorta başlamalı idi, lakin tamaşaçılar səhər tezdən yığışmağa başlamışdılar. Burada 20 minə yaxın insan toplaşmışdı. [Первое авиашоу на Кавказе - Бакинская авианеделя (1910) — OurBaku]

Utoçkinin uçuşları 20-23 oktyabrda baş tutur. İlk gündə pilot “Farman” təyyarəsi ilə havaya qalxır, lakin qəfil külək təyyarəni kursdan kənarlaşdırır. Utoçkin təyyarəni nəzarət altında saxlamağa, sahənin üzərində dövrə vurmağa və uğurla enməyə nail olur. Sonrakı günlərdə Bakıda güclü küləklərin olmasına baxmayaraq, pilot uçuşları ləğv etmir. Günlərin birində təyyarə hündürlüyə qalxır. Bu zaman mühərrik küt səs çıxarır və təyyarə enməyə başlayır. Göydən düşən təyyarəni görən tamaşaçılar dəhşətə gəlir, lakin bir neçə dəqiqə ərzində Utoçkin təyyarəni nəzarətə alır və uçuşlara davam edir. Enəndən sonra pilot bakılılar tərəfindən qəhrəman kimi qarşılanır. [Рудольф Гиль. Приветъ изъ Баку (Архивные документы сквозь столетия). Баку-2014]

Bakıda keçirilən Beynəlxalq Aviasiya həftəsi o dövrün digər məşhur pilotu Adam Qaber-Vlınski ilə davam edir. O, cəsarətli pilot, Paris, Odessa və Rostov Aviasiya Klubunun diplomlarının sahibi kimi tanınırdı.

Aviasiya həftəsində Mixail Yefimov və Aleksandr Vasilyev kimi digər məşhur pilotlar da iştirak edirdilər. Yekun olaraq, pilotlar arasında müsabiqə elan edilmişdi və onun nəticəsinə görə 1-ci yerə M.Yefimov, 2-ci yerə A.Vasilyev, 3-cü yerə isə A.Qaber-Vlınski layiq görülmüşdü. [https://azerhistory.com/?p=13192] 

Son xəbərlər

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Oxşar xəbərlər