top
Bakıda neft hasilatı və ticarətlə məşğul olan Rotşildlərin kontoru
08 avqust 2023, 07:15
- ↺ +

Bakıda neft hasilatı və ticarətlə məşğul olan Rotşildlərin kontoru

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rotşildlərin kontoru Bakıda, N.Rəfibəyli küçəsi, 7-də yerləşib. Bina 1899-cu ildə polyak memar Kazimir Skureviç tərəfindən inşa edilib.

6 may 1883-cü il tarixində Bakıda neft hasilatı və ticarəti ilə məşğul olan Rotşild baronları Bakı şəhərində “Xəzər-Qara dəniz neft sənayesi və ticarəti cəmiyyəti”ni qeydiyyatdan keçirmişlər. Bakı şəhərində Rotşildlərin işləri yaxşı getdiyi üçün Cəmiyyətlərinin mərkəzi kontorunun tikintisi zərurəti yaranmışdır. Tikinti üçün Nizami (keçmiş Qubernskaya) küçəsi ilə Murtuza Muxtarov (keçmiş Persidskaya) küçələrinin kəsişməsi seçilir. [https://genprosecutor.gov.az/az/page/prokurorluq/azerbaycan-respublikasi-bas-prokurorlugunun-binasi]

1898-1899-cu illər ərzində neoqotik üslubda inşa olunmuş bina hazır olur. Zirzəmilərlə böyük üçmərtəbəli bina Aleksandr-Nevski Rus Pravoslav Kilsəsinin qarşısında inşa edilmişdir. Binanın tikintisində memar açıq rəngli aqlay üzləmə daşlarından istifadə edir və bu, binaya qeyri-adi görünüş verir. Birinci mərtəbədəki əsas giriş nəhəng sütunlarla bəzədilir. [Fətullayev-Fiqarov Ş. Bakı memarları XIX əsrin sonu-XX əsrin əvvəlində. Bakı-2013]

1912-ci ildə Rotşildlər Rusiya İmperiyasındakı bütün müəssisələrini Britaniya-Hollandiya konserni Royal Dutch Shell-ə ​​verdilər və bu səbəbdən sonradan binada Hollandiyanın konsulluğu yerləşdirildi.

Sovet dövründə binada “Mərkəzi Kəndli Evi” yerləşirdi. Binanın fasadının bəzi detalları və dekorasiyası dağıdılmışdır. Məsələn, binanın küncündəki qüllə, əsas girişin üstündə yerləşən balkonun dekorasiyaları və s. Sonralar isə binada Azərbaycan SSR Ali Məhkəməsi yerləşmişdir. [https://azerhistory.com/?p=5160] 

Hazırda binada Azərbaycan Respublikası Baş Prokurorluğu yerləşir. Tikili dövlət əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

[URIS id=108849]

Son xəbərlər

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Oxşar xəbərlər