top
Bir neçə dəfə dağıdılmış tarixi abidə: İçərişəhər Cümə məscidi
10 iyun 2023, 08:00
- ↺ +

Bir neçə dəfə dağıdılmış tarixi abidə: İçərişəhər Cümə məscidi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cümə məscidi İçərişəhərdə, Asəf Zeynallı və Kiçik Qala küçələrinin kəsişməsində yerləşir.

Bəzi tədqiqatçılar bu məscidin atəş məbədinin yerində ucaldığını iddia edirlər.

Məscidin divarına həkk olunmuş yazıların birində binanın inşası haqqında belə deyilir: “709-cu ilin (1309-1310) rəcəb ayında Əmir Şərəf-Əddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir”.

Tədqiqatçı A.M.Pavlinov tikilinin cənub-şərq hissəsində yerləşən başqa kitabəni də qeyd edir: “Bu mübarək məscidi tikmək ... Bahadur xanın səltənəti dövründə (1316-1335), Allah onun hakimiyyətini uzatsın, zadəganların dəstəkçisi Məhəmməd bəy Tehranlıya qismət oldu …” [Материалы по археологии Кавказа, собранные экспедициями Московского археологического общества. - Москва-1888-1916]

1885-ci ilin Qafqaz təqvimində binanın inşa tarixi hicri təqvimi ilə 780-ci il (1378-1379) qeyd olunub. [Кавказский календарь на 1885-ый год. Тифлис-1884]

1437-1438-ci illərdə - Şirvanşah I Xəlilullahın dövründə məscidin yanında minarə inşa edilmişdir.

Sonradan təbii amillər nəticəsində məscidin binası tamamilə dağılıb. Onun yerində XVII əsrdə - I Şah Abbasın dövründə yeni məscidin binası tikilib. [Kərimzadə S. Naməlum xəkkak və xəttat Seyid Taha və Nəziri haqqında // Azərbaycan SSR EA Məruzələri-1966]

XIX əsrin sonlarında Pavlinov tərəfindən məscidin planı, rəssam A.Bogolyubov tərəfindən isə rəsmi təsvir edilmişdir. Bu da məscidin ümumi görünüşü haqqında məlumat almağa imkan vermişdir. Məscid altıbucaqlı formada olmuşdur. Burada kiçik köməkçi otaqlar, günbəzli, dördbucaqlı ibadət zalı, kiçik həyət yerləşmişdir. Günbəz şirli kaşı və xaricdən gətirilən bəzək materialları ilə bəzədilmişdir. [Бретаницкий Л.С. Баку. Москва-1970]

Rəvayətə görə, ikinci dəfə məscidin binası yanğın nəticəsində məhv olub. [Kərimzadə S. Naməlum xəkkak və xəttat Seyid Taha və Nəziri haqqında // Azərbaycan SSR EA Məruzələri-1966]

XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakının varlı şəxslərindən biri olan Hacı Şıxəli Dadaşov xeyriyyə məqsədilə qədim abidənin yerində yeni məscid ucaltmışdır. İbadətgah sovet dövründə xalça muzeyi kimi fəaliyyət göstərmişdir, 1990-cı illərdən fəaliyyətini bərpa etmişdir.

Cümə məscidi 2008-ci ildə əsaslı təmir edilib. İbadətgahın divarlarında ornamentlər işlənmiş, Qurandan surələr yazılmışdır. [https://scwra.gov.az/az/view/objects/64] 

[URIS id=103124]

Son xəbərlər

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Oxşar xəbərlər